Saakaşviliyə ailəsi ilə görüşməyə viza verildi

saakasviliye-ailesi-ile-gorusmeye-viza-verildi
Oxunma sayı: 3157

Niderland Təhlükəsizlik və Ədliyyə Nazirliyi Odessa vilayətinin sabiq rəhbəri Mixeil Saakaşviliyə viza verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Telegraaf” qəzeti məlumat yayıb.

Məlumata əsasən, nazirlikdən vizanın verilməsi ilə bağlı fakt təsdiqlənib.

Bildirilir ki, Saakaşvili Kiyevdəki Niderland səfirliyindən viza alıb.

“Hollandiya vizası mənə lazım deyil. Mən istənilən anda avropanın istənilən ölkəsinə gedə bilərəm. Mənim bir sıra Avropa dövlətlərindən vətəndaşlıq təkliflərim var. Qarşımda belə problem yoxdur”,- deyə Saakaşvili “NewsOne” telekanalının efirində bildirib.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidentinin xanımı Sandra Rulofs Niderland krallığının vətəndaşı sayılır.