Saakaşviliyə görə bu yollar bağlı olacaq - Siyahı

saakasviliye-gore-bu-yollar-bagli-olacaq-siyahi
Oxunma sayı: 645

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Gürcüstan prezidentinin Azərbaycana səfəri ilə bağlı, bu gün saat 14.00-dan , 28 fevral 09.00-a qədər Heydər Əliyev Adına Hava limanından Zuğulba, Mərdəkan, Buzovna istiqamətində, həmçinin həmin marşrutla şəhər istiqamətinə, Heydər Əliyev prospektindən, Yusif Səfərov küçəsi, Zərifə Əliyeva prospekti , Üzeyir Hacıbəyov küçəsi, Rəsul Rza küçəsi, Neftçilər Prospekti və “Azneft” meydanı, Niyazi küçəsi, Bakıxanov küçəsi, Ceyhun Hacıbəyli küçəsi, Vaqif küçəsi, Mehdi Hüseyn küçəsi, Teymur Elçin küçəsi, İnşaatçılar prospekti, Parlament prospekti ilə Fəxri Xiyaban istiqamətində hərəkət fasilələrlə məhdudlaşdırılacaq.

V. Əsədov sürücülərə müraciət edərək bildirib ki, göstərilən istiqamətlərdə avtomobillərin parklanması mümkün olmadığından şəxsi avtomobillərindən az istifadə etsinlər.