Saakaşviliyə növbəti zərbə - 2021-ci ilədək Ukraynaya buraxılmayacaq

saakasviliye-novbeti-zerbe
Oxunma sayı: 1058

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin 2021-ci il fevralın 3-nə qədər ölkəyə girişinə qadağa qoyub.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə siyasətçinin vəkili Ruslan Çernolutskiy bildirib.

Onun sözlərinə görə, bu qərar qanunsuz olduğundan şikayət veriləcək.

Xatırladaq ki, M. Saakaşvili fevralın 12-də çarter reysi ilə Ukaynadan Polşaya göndərilmişdi. Daha sonra o, həyat yoldaşı Sandra Rulofs hollandiyalı olduğu üçün bu ölkəyə müvəqqəti viza alaraq Hollandiyaya gedib.