Saakaşviliyə Ukraynada leqal yaşamağa icazə verildi

Saakaşviliyə Ukraynada leqal yaşamağa icazə verildi
Oxunma sayı: 1489

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşviliyə Ukraynada leqal yaşamağı üçün sənəd verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə siyasətçi Feysbuk hesabında yazıb. 

“Bu gün nəhayət ki, Miqrasiya Xidmətindən Ukrayna ərazisində leqal yaşadığıma dair sənəd aldım”, - deyə Saakaşvili bildirib.

O, həmçinin qeyd edib ki, məhkəmə vasitəsilə vətəndaşlığının bərpa olunmasına çalışmaq niyyətindədir.

Xatırladaq ki, 2015-ci ildə Ukrayna prezidenti Petro Poroşenko Saakaşviliyə vəətndaşlıq vermiş, həmçinin onu Odessa qubernatoru təyin etmişdi. 
2016-cı ilin noyabrında Saakaşvili istefaya getmiş, bunu Ukrayna hökumətinin korrupsiya ilə mübarizə aparmaq istəməməsi ilə əlaqələndirmişdi. Ukraynanın Miqrasiya Xidməti isə iyulun 26-da bəyanat yayaraq Poroşenkonun əmri ilə Saakaşvilinin vətəndaşlıqdan məhrum edildiyini açıqlamışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi