Saatlı sakininin evindən silah tapılıb

saatli-sakininin-evinden-silah-tapilib
Oxunma sayı: 1145

Saatlı rayonunun Naharlı kəndində silah tapılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, kənd sakini, əvvəllər məhkum olunmuş Zəkəray Xanalıyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu zaman otaqların birində məişət əşyalarının və təsərrüfat alətlərinin saxlandığı qədim sandıqdan 1 ədəd kustar üsulla hazırlanmış “Revolver” tipli tapança, 1 ədəd səs tapançası, 22 ədəd patron və ov tüfənginə aid 35 ədəd boş giliz aşkar edilib.

Götürülmüş maddi sübutlar polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunub.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Murad Əhməd