Saatlıda maşın aşdı, sürücü öldü

saatlida-masin-asdi-surucu-oldu
Oxunma sayı: 720

Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Fətəlikənd kəndində qeydə alınıb.
 
Kənd sakini, 1957-ci il təvəllüdlü Cabbarov Şakir Əlipaşa oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü ölüb.
 
 Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.