Saatlıda polis əməkdaşı bıçaqlandı

saatlida-polis-emekdasi-bicaqlandi
Oxunma sayı: 2005

Bu gün Saatlı rayon Polis Şöbəsinin əməkdaşı bıçaqlanıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, polis çavuşu 1983-cü il təvəllüdlü Eynullayev Əvəz Ağamirzə oğlu bıçaqlanıb.
 
Ə. Eynullayev ön qarın divarının daxilə nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilib, əməliyyata götürülüb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Polis çavuşunu bıçaqlayan Saatlı rayon sakininin saxlanılması istiqamətində əməliyyat həyata keçirilir.