Saatlıda qətl - Qayınanasını öldürüb, arvadını yaraladı

Saatlıda qətl
Oxunma sayı: 3199

Saatlı rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, Nərimankənd kəndində yaşayan Həşimov Xəyal axşam saatlarında 1960-cı il təvəllüdlü qayınanası Alışova Hökumə Mirqədir qızını bıçaqlayaraq qətlə yetirib.

O, həmçinin 1993-cü il təvəllüdlü həyat yoldaşı Həşimova Gülbikə Nurəddin qızını ağır yaralayıb. Sonuncu Saatlı Rayon Xəstəxanasına yerləşdirilib. Qətlin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi