Saatlıda qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib - Yenilənib

saatlida-qezada-olenlerin-sexsiyyeti-mueyyenlesib
Oxunma sayı: 4479

Saatlı rayonunun Qaralar kəndi ərazisində “Shaqman” markalı yük avtomobili “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində yük maşını kanala aşıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, yol qəzasında 2 nəfər ölüb, daha 2-si yaralanıb.

Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Bu axşam Saatlı rayonu ərazisində baş verən ağır yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşib.
 
Bu, İmişli rayon sakinləri Əli Təşkilat oğlu və İsgəndərov Peymandır.