Saatlıda tövlə yandı - 1 nəfər xəsarət aldı

Saatlıda tövlə yandı
Oxunma sayı: 614

Saatlıda yanğın hadisəsi baş verib. 

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, rayonunun Qara Nuru kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyü 20 m² sahədə, bitişik ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 20 ton ot bağlamasının 3 tonu yanıb. 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi