Saatlıda yük maşını yanıb

saatlida-yuk-masini-yanib
Oxunma sayı: 644

Saatlıda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, rayonun Xanlarkənd kəndində ümumi sahəsi 100 m2 olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış 10 ton ot tayasının 6 tonu və yaxınlıqda "QAZ" markalı yük avtomobilinin kabinəsi və banı yanıb.

Ot bağlamasının və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.