SAB ticarət nişanı qalib oldu!- - (R)

sab-ticaret-nisani-qalib-oldu-
Oxunma sayı: 2877


“Zəhmət-Ruzi” firmasının SAB brendi MOSCOW HALAL EXPO 2014-ün qalibi oldu!

Bu ay Rusiyanın paytaxtı Moskvada MOSCOW HALAL EXPO 2014 sərgisi təşkil edilib. Rusiya Müftilər Şurasının təşkil etdiyi sərgiyə dünyanını müxtəlif ölkələrini təmsil edən şirkətlər qatılıblar. MDB, Avropa, Ərəbistan yarımadasından gələn şirkətlər halal ticari məhsullarını nümayiş etdiriblər. Sərgidə ölkəmizi Azərbaycanda ilk halal ət məsulları istehsal edən “Zəhmət-Ruzi” firması SAB ticarət nişanı təmsil edib.

Ən gözəl stendlərdən biri ilə qonaqların qarşısına çıxan “Zəhmət-Ruzi” firması SAB ticarət nişanının dadlı məhsullarının dequstasiyasını təşkil edib. Stendə yaxınlaşan hər bir iştirakçı SAB ticarət nişanının kolbasa və sosiskalarına qonaq edilib. Məhsullarla maraqlanan ziyarətçilərə ingilis, rus və ərəb dillərində ətraflı məlumat verilib. Sərgidə müxtəlif şirkətlərin nümayəndələri ilə səmərəli görüşlər keçirilib. Sərginin kulminasiya mərhələsi isə SAB ticarət nişanının “Ən Yaxşı Halal Məhsul” nominasiyasında 1-ci yeri qazanması olub.