Sabah 18019 bakalavr magistraturaya imtahan verəcək

sabah-18019-bakalavr-magistraturaya-imtahan-verecek
Oxunma sayı: 631

“Qafqazinfo”ya TQDK-nın mətbuat xidmətindən verilən məlumata götə, ərizələrin qəbulu internet vasitəsilə 2012-ci il fevralın 8-dən fevralın 18-dək aparılıb və imtahanda iştirak etmək üçün 18019 bakalavr ərizə verib. Onlardan 15825 nəfəri Azərbaycan bölməsi, 2194 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 8459 nəfəri oğlan, 9560 nəfəri isə qızlardır.

Bakalavrlardan 10031 nəfəri 2012-ci ilin məzunlarıdır.

Qəbul imtahanı Bakı şəhərində 25, Naxçıvanda 1, Gəncədə 3, Lənkəranda 1 binada keçiriləcək. Bakıda 15168, Naxçıvanda 603, Gəncədə 1976, Lənkəranda isə 272 bakalavrın imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunması üçün 124 imtahan rəhbəri, 1328 nəzarətçi-müəllim cəlb olunacaqdır.

Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçmiş 40-dan çox KİV nümayəndəsi müşahidə edəcəkdir.
İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur.