Sabah 21 dərəcə isti olacaq

sabah-21-derece-isti-olacaq
Oxunma sayı: 1505

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Qafqazinfo" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında havanın temperaturunun gecə 5-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 18° isti, Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.

Rayonlarda əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, lakin axşama doğru bəzi dağlıq rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-18°, bəzi yerlərdə 21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.