Sabah 27 dərəcə isti olacaq

sabah-27-derece-isti-olacaq
Oxunma sayı: 643

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, sabah havanın temperaturunun gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında:
sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Aqrometeoroloji şərh:
Sabah Respublika ərazisində temperatur rejiminin 2-3 dərəcə yüksələcəyi gözlənilir. Eyni zamanda arabir gözlənilən yağıntılar torpağın nəmliliyini artiracaq ki, bu da cücərməkdə olan çiyidin və qarğıdalının inkişafına nisbətən müsbət təsir göstərəcək, qışlaqlarda ot örtüyünün böyüməsini sürətləndirəcək.