Sabah 27 dərəcə isti olacaq

sabah-27-derece-isti-olacaq
Oxunma sayı: 648

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinidən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 12-17, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 18-də əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Respublika ərazisində mayın 21-dək qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Temperatur rejiminin iqlim norması daxilində olacağı gözlənilir ki, bu da kənd təsərrüfatı bitkilərinin inkişafını və boy atmasını təmin edəcək. Gözlənilən yağıntılar torpaqda məhsuldar su ehtiyatlarının toplanmasına müsbət təsir edəcək.