Sabah 4 saat yol bağlı olacaq - - Diqqətli olun

sabah-4-saat-yol-bagli-olacaq-
Oxunma sayı: 1486


Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, paradla əlaqədar göstərilən tarixlərdə səhər saat 06:00-dan 10:00-dək paytaxtın Azaqlıq meydanı istiqamətində Neftçilər prospekti ilə Keykab xanım Səfərəliyeva küçəsi kəsişməsindən Rəşid Behbudov küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək:

"Avtomobil sürücülərinə bunu nəzərə alaraq qeyd edilən küçələrdə sıxlığın və tıxacların yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur".