Sabah Bakıda generalların görüşü olacaq - İlham Əliyevin qəbulunda açıqlandı

sabah-bakida-generallarin-gorusu-olacaq
Oxunma sayı: 3878

Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prezident İlham Əliyev tərəfindən qəbul edilən Körtis Skaparrotti məlumat verib.

K. Skaparrotti dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyi etdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib. 

O, Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb.