Sabah Bakıda hava isti olacaq

sabah-bakida-hava-isti-olacaq
Oxunma sayı: 640





Yanvarın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Temperatur gecə 1-4° isti, gündüz 7-11° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunundan 769 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-75 faiz, gündüz 50-55 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Temperaturun gecə 5-10° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 4-9° şaxta, gündüz 4-9° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 2-7° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2° şaxtadan 3° -dək isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 6-11° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Temperaturun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.