Sabah Bakıda iki yolda hərəkət məhdudlaşdırılır

sabah-bakida-iki-yolda-hereket-mehdudlasdirilir
Oxunma sayı: 2123

Sabah saat 22-dən fevralın 25-i səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi  Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 

Bakı Nəqliyyat Agentliyindən "Qafqazinfo"ya daxil olan məlumata görə, səbəb qeyd edilən ərazilərdə üfiqi nişanlanma xətlərinin çəkilməsidir.

Qeyd edilir ki, Xocalı prospektində aparılan analoji işlər isə artıq yekunlaşıb.