Sabah Bakıda intensiv yağış yağacaq

Sabah Bakıda intensiv yağış yağacaq
Oxunma sayı: 2334

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib. 

"Qafqazinfo" xəbər verir ki,  Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 6-8, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında fevralın 10-u gündüzdən 12-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Fevralın 10-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, rütubətli hava şəraiti narahatlıq yarada bilər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi