Sabah Bakının bir hissəsində qaz olmayacaq

sabah-bakinin-bir-hissesinde-qaz-olmayacaq
Oxunma sayı: 3302

Sabah Bakının bir sıra yerlərində qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İB-dən “Qafqazinfo”ya verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 525-ci məhəllə ünvanında mövcud diametri 219 mm-lik qaz xəttinin ləğvi, yeni çəkilmiş diametri 108 mm-lik qaz xəttnin müvcud şəbəkəyə qoşulması, Suraxanı rayonu ərazisində qaz tənzimləyicinin quraşdırılması, Səbail rayonu, Salyan şossesində (jurnalistlərin binasının yanı) yeraltı diametri 159 mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yeni çəkilmiş qaz xətti ilə əvəz edilməsilə əlaqədar, 23 yanvar 2019-cu il tarixdə saat 1000-dan təmir işləri tamamlananadək Nizami rayonu, Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsi və Əmircan qəsəbəsində, eləcə də Səbail rayonu, 20-ci sahə yaşayış massivi və Badamdar qəsəbəsi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. 

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.