Sabah Bakının bu hissəsində su olmayacaq

sabah-bakinin-bu-hissesinde-su-olmayacaq
Oxunma sayı: 2060

Sabah gün ərzində Xırdalan-Binəqədi şossesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Qafqazinfo”ya “Azərsu” ASC-dən məlumat verilib.

Qurum bildirir ki, Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətləri köçürülür.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.