“Sabah” baş məşqçisini istefaya göndərdi

sabah-bas-mesqcisini-istefaya-gonderdi
Oxunma sayı: 858

“Sabah”ın baş məşqçi vəzifəsində dəyişiklik edilib. “Qafqazinfo” xəbər verir ki, əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyilə 49 yaşlı mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub.

Əsas komandanın baş məşqçi vəzifəsi müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.

Qeyd edək ki, E.Əhmədov ötən ildən "Sabah"ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda bu mövsüm 4 oyundan 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.