Sabah bəzi bölgələrdə 39 dərəcə isti olacaq

sabah-bezi-bolgelerde-39-derece-isti-olacaq
Oxunma sayı: 687


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan  “Qafqazinfo”ya daxil olan məlumata görə, güdüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 31-36, bəzi yerlərdə 39 dərəcəyədək, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.