Sabah bir neçə qəsəbədə qaz olmayacaq

Sabah bir neçə qəsəbədə qaz olmayacaq
Oxunma sayı: 1935

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 25-27-ci kilometrlər arasında dayaqlar üzərinə qaldırılacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu səbəblə 13 iyul 2018-ci il tarixdə saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin  bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev  küçələrinin  bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi