Sabah bu küçə və yollar bağlanacaq - Siyahı

Sabah bu küçə və yollar bağlanacaq
Oxunma sayı: 3945

Fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Bakıda bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, sabah paytaxtın Xətai prospekti və Xocalı prospekti istiqamətində kəsişən bütün paralel küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətuat xidmətinin rəhbəri Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, 26 fevral saat 08:00-dan tədbir başa çatanadək Xocalı prospektinə Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Sergey Senyuşkin, Fəzail Bayramov, Mehdi Mehdizadə, Süleyman Vəzirov, Sabit Orucov, akademik İzzət Orucov, Ayaz İsmayılov küçələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi