Sabah bu yollar bağlı olacaq

sabah-bu-yollar-bagli-olacaq
Oxunma sayı: 639

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov çərşənbə axşamı Trend-ə bildirib ki, ulu öndər Heydər Əliyevin əziz xatirəsinin anılması mərasiminin keçirilməsi ilə əlaqədar olaraq, ziyarət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə səhər saat 07:00-dan ziyarət başa çatanadək Fəxri xiyaban-Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti mədudlaşdırılacaq.

Ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi-Teleteatr binası yanından və Parlament prospektinə bitişik digər ərazilərdə, Parlament prospektinə paralel Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrinin kəsişməsindən nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı şəhər Baş Polis İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.