Sabah bulvarda atraksionlar pulsuz olacaq

sabah-bulvarda-atraksionlar-pulsuz-olacaq
Oxunma sayı: 1896

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, şənbə-bazar günləri Milli Parkda əhalinin sıxlığı müşahidə olunduğundan bu tip aksiyalar adətən həftə içi həyata keçirilirdi. Bu dəfədəki aksiyanın vaxtı dəyişdirilib. Məlumata görə, şənbə günü səhər saat 9-dan 14.00-dək atraksionlardan pulsuz istifadə mümkün olacaq./anspress/