Sabah çimərlik havası olacaq

sabah-cimerlik-havasi-olacaq
Oxunma sayı: 1611

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 22-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək,

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.

Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 36-39, bəzi yerlərdə 40, dağlarda gecə 13-18, gündüz 29-34 dərəcə isti olacaq.

Eldar Tanrıverdiyev