Sabah da +18 olacaq

sabah-da-18-olacaq
Oxunma sayı: 650

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-10, günün birinci yarısında 15-18, axşam 10 dərəcəyə yaxın isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir, axşam isə bəzi qərb rayonlarından başlayaraq yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 10-15, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, günün birinci yarısında 12-17, günün ikinci yarısında 5-8 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 05-i axşam və 06-da gecə və səhər hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, şimal küləyinin arabir güclənəcəyi gözlənilir.

Nigar