Sabah da hava...

sabah-da-hava
Oxunma sayı: 640

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal küləyi günün ikinci yarısında mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Derartamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temreraturunun gecə 1-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temreraturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təşkil edəcək. Üüksək dağlıq ərazilərdə havanın minimal temreraturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Martın 7-də Abşeron yarımadasında hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısınadək arabir güclənən şimal küləyi əsəcək.

Nigar Məmmədli