Sabah da yağış yağacaq

sabah-da-yagis-yagacaq
Oxunma sayı: 661

Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumatına görə, havanın temperaturu gecə 17-19 dərəcə isti, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 24-də şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, eyni zamanda meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nigar Məmmədli