Sabah derbi var - “Qalatasaray” və Beşiktaş”

sabah-derbi-var-qalatasaray-ve-besiktas
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” və Beşiktaş” 332-ci dəfə üz-üzə gələcəklər. Bu derbinin başlanğıcı 1924-cü il 22 avqusta təsadüf edir.Tərəflər arasında ən çox qələbə qazanan “Qalatasaray”dır. “Cim Bom” rəqibini 115 dəfə məğlub edib. “Beşiktaş” isə 105 dəfə qalib gəlib. 111 oyun isə bərabərliklə yekunlaşıb. Bu iki əzəli rəqibin ən böyük hesablı nəticəsi 1940-ci ildə qeydə alınıb ki,həmin oyunu “Qalatasaray” 9-2 hesabı ilə qalib kimi başa vurub.

Sabahkı oyuna “Qalatasaray” heyətin əsas oyunçuları Emanuel Ebue və Nordin Amrabat olmadan çıxacaq. Bu iki futbolçu Afrika millətlər kubokunda iştirak etdiyindən derbidə oynaya bilməyəcəklər. Bunun əvəzində isə “Qalatasaray”ın yeni ulduz futbolçusu Uesli Sneyder derbiilə debüt edə bilər. “Beşiktaş”da da bir sıra itkilər var. “Qara qartal”ın əsas qol silahlarından sayılan Huqo Almeyda zədə səbəbində oynamayacaq. Heç Manuel Fernandezin də sabahkı oyuna hazır olması inandırıcı deyil.

Qeyd edək ki, “Qalatasaray” qalib gələcəyi təqdirdə liderliyini daha da möhkəmləndiəcək. “Beşiktaş”ın qələbəsi isə onu ilk sıraya daşıyacaq.

İqbal