Sabah dolların məzənnəsi kəskin arta bilər - Proqnoz

Sabah dolların məzənnəsi kəskin arta bilər
Oxunma sayı: 7319

Sabah ABŞ-da açıqlanması gözlənilən inflyasiya göstəricisinin gözləniləndən yüksək olması dolların məzənnəsini kəskin artıra bilər.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, "Bloomberg" agentliyi tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, analitiklər iyul ayında inflyasiya göstəricisinin 0,2% olması gözlənilir. Son 4 ayda inflyasiyanın proqnozlardan aşağı templə artması ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar siyasətini dəyişdirməsinə mane olur. Belə ki, FED-in uçot dərəcəsini artırması üçün əsas şərt məhz inflyasiyanın sürətlənməsidir. Faktiki isə illik inflyasiya 1,7%-dən 1,4%-ə geriləyib.

İqtisadçılar iyul ayında inflyasiyanın sürətlənməsi ehtimalını dolların ucuzlaşması, idxal qiymətlərinin artması və işçi qüvvəsinə artan tələblə izah edirlər. Buna baxmayaraq, sorğuda iştirak edən 75 respondentin 21-i inflyasiyanın 0,1% təşkil edəcəyini bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi