Sabah duman olacaq

sabah-duman-olacaq
Oxunma sayı: 631

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 24, dağlarda gecə 1-6, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcəyədək isti olacağı gözlənilir.

Nigar Məmmədli