Sabah Əvəz Zeynallının məhkəməsi var

sabah-evez-zeynallinin-mehkemesi-var
Oxunma sayı: 688

“Qafqazinfo”nun məlumatına görə, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının və onun vəkili Elçin Sadığovun Bakı İstintaq Təcridxanasına qarşı “vəkillə görüşlərdə axtarış aparılmasının, vəkilə təqdim edilmiş ərizənin ələ keçirilməsinin və geri qaytarılmamasının qanunsuz hesab edilməsi” barədə iddia tələbinə martın 15-də saat 14.40-da Bakı Apellyasiya Məhkəməsinin hakim Ülvi Mayılovun icraatında baxılacaq.

Ötən iclasda Əvəz Zeynallının məhkəmədə iştirakının bu dəfə də təmin olunmaması narazılıqla qarşılanıb.Hakim Ülvi Mayılov Ə.Zeynallının məhkəmədə iştirakının təmin edilməsi üçün vəkil tərəfindən əvvəlcədən vəsatət qaldırılmasının vacibliyini qeyd etdi. Vəkil E.Sadığov isə bildirdi ki, cavabdeh Bakı İstintaq Təcridxanasına qarşı iddia həm vəkil E.Sadığov və həm də Ə.Zeynallı tərəfindən qaldırılıb. O baxımdan da E.Sadığov Ə.Zeynallının nümayəndəsi və yaxud da vəkili kimi bu məhkəmədə iştirak edə bilməz. Buna görə də, Ə.Zeynallının məhkəmədə iştirakı mütləq təmin edilməlidir. Əks təqdirdə Avropa Insan Haqları Konvensiyasının və AR qanunlarının “məhkəmədə çəkişmə prinsipinin pozulması” ilə əlaqəli maddələri pozulmuş olacaq. Vəkil Ə.Zeynallının məhkəməyə gətirilməsilə bağlı yazılı vəsatət təqdim etdikdən sonra hakim Ü.Mayılov vəsatətin təmin edildiyini bildirdi.