Sabah Göygöl Milli Parkına giriş pulsuz olacaq

sabah-goygol-milli-parkina-giris-pulsuz-olacaq
Oxunma sayı: 1911

Aprelin 1-də "dağ göllərinin diyarı" olan Göygöl Milli Parkının yaradılması ilə bağlı "Açıq qapı" günü keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, həmin gün ziyarətçilər Göygöl Milli Parkına giriş haqqından azad ediləcək.

Nazirlik milli parkın dünyaca məşhur olan füsunkar təbiətindən zövq almaq istəyənləri bura dəvət edir.