Sabah güclü külək olacaq

sabah-guclu-kulek-olacaq
Oxunma sayı: 644

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 25-30 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərədə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə əsasən şimal və qərb rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyi sərinlik yaratmaqla yanaşı bəzi meteohəssas insanlarda narahatlıq hissinə səbəb ola bilər.

Nigar Məmmədli