Sabah hava belə olacaq

sabah-hava-bele-olacaq
Oxunma sayı: 636

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26 , Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

Avqustun 21-dək Abşeron yarımadasında bəzi saatlarda havada rütubətliyin bir qədər çox olmasına baxmayaraq, sabit hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin  əsasən yağmursuz keçəcəyi ehtimalı var. Zəif şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.