Sabah hava buludlu olacaq

sabah-hava-buludlu-olacaq
Oxunma sayı: 650


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olam məlumata görə,  mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. 

Havanın temperaturu gecə 19-24, gündüz 27-32 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında iyulun 26-da əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayri-ayri yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq. 

Yaxın 2 gün ərzində Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü, eyni zamanda nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.