Sabah hava çiskinli olacaq

Sabah hava çiskinli olacaq
Oxunma sayı: 762

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 15-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 03-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir  güclənəcək. 

Havanın temperaturunun gecə 5-10, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.  

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi