Sabah hava çox isti olacaq

sabah-hava-cox-isti-olacaq
Oxunma sayı: 643

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 22-25 isti, gündüz 32-37 isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında isə hava əsasən yağmursuz keçəcək, temperatur gecə 19-25, gündüz isə 30-38 dərəcə olacağı proqnozlaşdırılır.