Sabah hava dəyişkən buludlu, yağmursuz olacaq

sabah-hava-deyisken-buludlu-yagmursuz-olacaq
Oxunma sayı: 642

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Nigar Məmmədli