Sabah hava dəyişməyəcək

sabah-hava-deyismeyecek
Oxunma sayı: 648

Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq, şərq küləyi əsəcək.

"Qafqazinfo" xəbər verir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 22-26, gündüz 35-38, bəzi yerlərdə 40, Bakıda gecə  23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28, Türkan, Hövsan, Sahil, Şıxda  28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.