Sabah hava əlverişli olacaq

sabah-hava-elverisli-olacaq
Oxunma sayı: 675

Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 14-18, gündüz 21-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-19, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 16-17-də Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nigar Məmmədli