Sabah hava isti olacaq

sabah-hava-isti-olacaq
Oxunma sayı: 651

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz:
Mayın 24-dən 26-dək Abşeron yarımadasında əsasən sabit hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişlidir.