Sabah hava isti olacaq +26

sabah-hava-isti-olacaq-26
Oxunma sayı: 634

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə əsasən cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Yaxın bir neçə gün respublikanın əksər rayonlarında temperaturun əlverişli olması kənd təsərrüfatı bitkilərinin inkişafını və boy atmasını təmin edəcək.