Sabah hava küləkli olacaq

sabah-hava-kulekli-olacaq
Oxunma sayı: 1420

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.
 
Mülayim cənub-qərb küləyi günün ikinci yarısında  arabir güclənən  şimal-qərb küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə  5-9° isti, gündüz  9-13° isti, Bakıda gecə  7-9° isti, gündüz  10-12° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 765  mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi  rütubət  gecə  75-85 %, gündüz  50-55 % olacaq.  Dekabrın 11-də axşam Bakıda və Abşeron yarımadasında  şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
 
Azərbaycanın rayonlarında dekabrın 11-də  hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  6-11° isti olacağı gözlənilir.