Sabah hava necə olacaq?

sabah-hava-nece-olacaq
Oxunma sayı: 1268

Sabaha olan hava proqnozu açıqlanıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, sabah havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz, bəzi yerlərdə duman olacağı gözlənilir.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah əssən yağmursuz. Lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti təşkil edəcək.